çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Ronaldu saqqal saxlamasının səbəbini açıqladı

21.06.2018 13:37 Oxundu 3049


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun saqqal saxlamasının səbəbi müəyyənləşib.

Bu barədə 33 yaşlı hücumçunun özü məlumat verib.

O bildirib ki, İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə bunu edib:

“Komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, saqqal saxlayacağam. Qol vurdum, ikinci matçda da fərqləndim. Mundial başa çatana kimi bu saqqalı qırxmayacağam. Çünki o, mənə uğur gətirir”.

Qeyd edək ki, Kriştianu Ronaldu İspaniya ilə görüşdə (3:3) üç, Mərakeşlə matçda (1:0) bir qol vurub. O, hazırda dörd qolla mundialın ən sərrast futbolçusudur.(Oxu.az)