Dünya çempionatında 2-ci turun oyunları davam edir. Bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçiriləcək.
E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkəcək. Beşqat dünya çempionunun qrup sonuncusu ilə oyunun aşkar favoriti hesab etmək olar.
Qrupun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gələcək. İsveçrə ilk turda Brazliyadan xal almağı bacarıbsa, serblər Kosta-Rikanı məğlub edib. Qələbə Serbiyanı növbəti mərhələyə yüksəldəcək.
D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşacaq. Bu oyunun nəticəsi daha maraqla gözlənilir. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaq.
22 iyun
DÇ-2018
II tur
E qrupu
16:00. Braziliya – Kosta-Rika
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”
22:00. Serbiya – İsveçrə
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”
1. |
Serbiya |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
2. |
İsveçrə |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
3. |
Braziliya |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
4. |
Kosta Rika |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
D qrupu
19:00. Nigeriya – İslandiya
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”
21 iyun
Argentina - Xorvatiya - 0:3
1. |
Xorvatiya |
2 |
2 |
0 |
0 |
5:0 |
6 |
2. |
İslandiya |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
3. |
Argentina |
2 |
0 |
1 |
1 |
1:4 |
1 |
4. |
Nigeriya |
1 |
0 |
0 |
1 |
0:2 |
0 |
(Qol.az)