çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Qarabağ"ın "Olimpiya" ilə oyunu saat neçədə başlayacaq?

22.06.2018 09:59 Oxundu 3401

"Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək hər iki oyunun vaxtı və stadionları açıqlanıb.

UEFA-nın rəsmi saytının məlumatına görə, ilk görüş iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda təşkil olunacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq.(Report)