çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Messiyə yaraşmayan göstərici

22.06.2018 10:31 Oxundu 2559

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının 2-ci turunda Xorvatiya ilə keçirilən oyunda komandasına kömək edə bilməyib. 30 yaşlı hücumçu böyük hesabla (0:3) uduzduqları oyunda heç nə ilə yadda qalmayıb.

Komandanın lideri oyun ərzində qapıya yalnız bir zərbə endirə bilib. Müqayisə üçün deyək ki, ilk turda İslaniya ilə keçirilən görüşdə (1:1) Messinin qapı istiqamətinə 11 zərbəsi olmuşdu.

Qeyd edək ki, Argentina millisi qrupda son oyununu iyunun 26-da Nigeriyaya qarşı keçirəcək.(Qol.az)