Bazar ertəsi, 24 sentyabr 2018

Menu

Bazar ertəsi, 24 sentyabr 2018

DÜNYA FUTBOLU

İsveçrənin futbolçuları cəzalandırıla bilər

24.06.2018 17:27

İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.

Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.

Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.(Report)

Oxundu: 511

© 2018 - NSPSOLUTIONS