şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Baş məşqçi əvəzləmə üçün Messidən icazə alıb?

27.06.2018 16:33 Oxundu 2939

Argentinanın baş məşqçisi Xorxe Sampaoli Nigeriya ilə oyun sırasında oyunçu əvəzetməsi üçün Messidən icazə istəyib. Xarici KİV xəbər verir ki, matçın 76-cı dəqiqəsində Messini yanına çağıran Sampaoli Serxio Aqueronu meydana buraxmaq üçün futbolçudan icazə istəyib və kapitanın razılığını aldıqdan sonra onu meydançaya buraxıb. Xatırladaq ki, matç Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. (Modern.az)