cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ”nin potensial rəqibləri üz-üzə

11.07.2018 16:53 Oxundu 2393

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçiriləcək.

Cempion.az apasport.az-a istinadən xəbər verir ki,dünən start götürən ilk oyunlar çərçivəsində daha 6 qarşılaşma baş tutacaq.

Bu qarşılaşmaladan Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edəni Makedoniyada keçiriləcək. Burada yerli "Rabotniçki" Macarıstan "Honved"i ilə ilk duelə çıxacaq.

Bu cütün qalibi növbəti raundda "Qəbələ" ilə üz-üzə gələ bilər. Çünki təmsilçimizin Lüksemburq "Proqres"i ilə duelinin güclüsünün rəqibi məhz "Rabotniçki"ylə "Honved"dən biri olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

17:30. "Banants" (Ermənistan) - "Sarayevo" (Bosniya və Herseqovina)

19:30. "Rabotniçki" (Makedoniya) - "Honved" (Macarıstan) -

19:45. "Vaduts" (Lixtenşteyn) - "Levski" (Bolqarıstan)

20:00. "Fola" (Lüksemburq) - "Priştina" (Kosovo)

20:00. "Klaksvik" (Farer adaları) - "Jalgiris" (Litva)

22:45. "Qlenavon" (Şimali İrlandiya) - "Molde" (Norveç)