Cümə axşamı, 15 noyabr 2018

Menu

Cümə axşamı, 15 noyabr 2018

BIZIM FUTBOL

Klublarımızın avrokubok oyunlarına necə baxaq?

12.07.2018 18:58

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Bizim üç klubumuz da avrokuboklarda ilk matçlarına çıxacaq.

Bəs həmin oyunlara necə baxa biləcəyik? İlk əvvəl onu qeyd edək ki, “Keşlə”nin Maltada “Balzan” komandası ilə keçirəcəyi oyun TV vasitəsilə göstərilməyəcək. Lakin Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Avstriyanın internet televiziyası olan laola1.tv göstərəcək.

Eyni vaxtda başlayacaq “Qəbələ” – “Proqres” (Lüksemburq) görüşü “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq. Bundan bir saat sonra başlayacaq (21:00) “Neftçi” – “Uypeşt” (Macarıstan) oyunu isə “CBC Sport” telekanalı ilə göstəriləcək.(Oxu.az)

Oxundu: 555

© 2018 - NSPSOLUTIONS