Cümə, 14 dekabr 2018

Menu

Cümə, 14 dekabr 2018

DÜNYA FUTBOLU

DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu

16.07.2018 09:14


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qalib müəyyənləşib. Rusiyanın paytaxtı Moskvada keçirilən finalda Fransa millisi Xorvatiya ilə qarşılaşıb.

Üçüncü dəfə final oynayan Fransa ilk dəfə finalda çıxış edən Xorvatiyadan üstün olub – 4:2.

Bununla da Fransa iyirmi il sonra ikinci dəfə dünya çempionu olub. 1998-ci ildə bürünc medal qazanmış xorvatlar isə ilk dəfə gümüş medallara sahib olub.

Həmçinin Fransanın baş məşqçisi Didye Deşam həm futbolçu kimi, həm də məşqçi kimi dünya çempionu adı qazanıb.

Qeyd edək ki, XXI dünya çempionatının bürünc medallarını İngiltərəni 2:0 məğlub etmiş Belçika əldə edib.

Oxundu: 566

© 2018 - NSPSOLUTIONS