cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldodan sonra Zidan da "Yuventus"da

17.07.2018 18:00 Oxundu 3403

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın "Yuventus" klubunun idman direktoru olacaq.

Zidanın İtaliya klubuna oktyabr ayında qatılacağı gözlənilir.

Xatırladaq ki, "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo da bu ay "Yuventus"a keçib.

Qeyd edək ki, Zidan "Real"ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə Klublararası Dünya Çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub. (Report)