çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Ramil Şeydayev üçün yeni qərar - İcarəyə verilsin

18.07.2018 13:28 Oxundu 2594

Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ünal Karaman Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev üçün yeni qərar qəbul edib. 52 yaşlı mütəxəssis rəhbərlikdən 22 yaşlı hücumçunun yenidən icarəyə verilməsini istəyib. Hazırlıq səviyyəsi məşqçilər korpusunu qane etməyən Ramilin Slovakiyadakı təlim-məşq toplanışına qatılmayacağı gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev Sloveniyada təlim-məşq toplanışında "Trabzonspor"un Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandasını 1:0 hesabı ilə məğlub etdiyi oyunda yeganə qolun müəllifi olub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da çıxış edib. (Report)