cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Liverpul" klubu 18 yaşlı hücumçu ilə müqavilə imzalayıb

18.07.2018 13:44 Oxundu 2836

İngiltərənin "Liverpul" klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb.

18 yaşlı hücumçu 2018-2019 mövsümündən etibarən İngiltərə təmsilçisinin əsas komandasında çıxış edəcək. Sözləşmənin detalları isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, Rian Bruster 2014-cü ildə İngiltərənin "Çelsi" klubunun akademiyasından "Liverpul"a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. (Report)