Cümə, 19 oktyabr 2018

Menu

Cümə, 19 oktyabr 2018

DÜNYA FUTBOLU

Arda Turanın transfer qiyməti 34 milyondan şok həddə endi

19.07.2018 11:55

Bu ilin yanvarında “Barselona”nın “Başakşəhər”ə icarəyə verdiyi Arda Turanın karyerasındakı eniş davam edir.

“Transfermarkt” türk futbolçunun qiymətini 4 milyon avroya endirib.

Arda 2011-i ildə “Qalatasaray”dan “Atletiko”ya 13, 4 il sonra “Barselona”ya 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer olunan Ardaya “Transfermarkt” maksimum qiyməti 2015-ci ilin yanvarında qoyub – 35 milyon avro. 2017-ci ilin yanvarında isə saytın dəyərləndirməsinə görə onun qiyməti 28 milyon avro idi.

“Transfermarkt” hazırda Ardanın bazar dəyərini 4 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, Arda mayın 5-də Super Liqanın “Sivasspor”la oyununda hakimlərə qarşı hərəkətinə görə TFF tərəfindən 16 oyun cəzalandırılıb. (fanat.az)

Oxundu: 2068

© 2018 - NSPSOLUTIONS