cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Alison Beker futbol tarixinin ən bahalı qapıçısı oldu

20.07.2018 13:43 Oxundu 2814

“Roma” klubunun qapıçısı Alison Beker “Liverpul"a keçib.

Bu barədə “Roma”nın mətbuat xidməti açıqlama yayıb.

Transferin qiyməti 62,5 milyon avro təşkil edir. Beləliklə, Alison Beker futbol tarixinin ən bahalı qapıçısı olub. Bundan əvvəlki rekord digər braziliyalı Ederson Moraesə məxsus idi. "Mançester Siti" onu “Benfika”dan 40 milyon avro müqabilində heyətinə qatmışdı.

25 yaşlı Alison Beker 2016-cı ildə Braziliyanın “İnternasional” klubundan “Roma”ya keçib. Transferin qiyməti 8 milyon avro təşkil edib.

Alison Beker Rusiya keçirilən dünya çempionatında Braziliya yığmasının əsas qapıçısı olub. (APA)