cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”dan açıqlama - Kintananın durumuna aydınlıq gəldi

20.07.2018 15:45 Oxundu 2152

"Qarabağ"ın "Olimpiya" ilə cavab matçında zədələnən futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

Cempion.az komanda.az-a istinadən istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

"Köhlən atlar" ÇL-in 2-ci təsnifat mərhələsində "Kukesi" (Albaniya) ilə qarşılaşacaq.