Bazar ertəsi, 17 dekabr 2018

Menu

Bazar ertəsi, 17 dekabr 2018

GÜLƏŞ

Güləşçilərimiz İstanbulda 5 medal qazandılar

23.07.2018 10:54

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Cempion.az xəbər verir ki, keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını əldə edib. Yalnız finalda uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmaya Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.

Oxundu: 1054

© 2018 - NSPSOLUTIONS