çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Ronaldunun tibbi testləri həkimləri şoka saldı - VİDEO

24.07.2018 09:28 Oxundu 3313

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun hazırkı fiziki durumu 20 yaşlı insanın sağlamlıq səviyyəsi ilə müqayisə edilə bilər.

Bu fikirləri jurnalist Matteo Bonetti “Twitter” hesabında yazıb.

Tibbi testlərin nəticəsi göstərib ki, Ronaldunun orqanizmidə cəmi 7 faiz piy var. Normal insanlarda isə bu göstərici 10-11 faiz olur.

Bundan başqa, hücumçunun bədəninin 46 faizi əzələ ilə örtülüb. Futbol üzrə dünya çempionatı zamanı hücumçu 34 kilometrə yaxın məsafə qət edib.

Ronaldu iyulun 10-da Madrid “Real”ından “Yuventus”a transfer olunub. Oxu.az

VİDEO