cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Dünya şöhrətli yazıçı Özilə dəstək verdi

24.07.2018 12:27 Oxundu 2866

Dünya şöhrətli yazıçı Paulo Kuelyo irqçi və təzyiq səbəbindən Almaniya milli yığmasından gedən türk əsilli almaniyalı futbolçu Məsud Özilə dəstək verib. Cempion.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, P. Kuelyo özünün “Twitter” səhifəsində “Arsenal”ın futbolçusuna dəstək olaraq paylaşım edib. O, M. Özilin yığmadan getməklə bağlı yazdığı məktuba istinad edərək yazıb: “Uduzanda miqrant olurdum. Özil, keçmişdə və indi nə olduğu haqqında nə desələr də sən həmişə qazanacaqsan”.