çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Kukesi"nin baş məşqçisi və kapitanı "Qarabağ"la oyun barədə danışdı

25.07.2018 10:55 Oxundu 2537

"Rəqibin gücünü bilirik. Amma futbolda əvvəldən heç nəyi demək olmaz. Qələbə üçün əlimizdən gələni edəcəyik. Amma hər şeyi meydanda göstərmək lazımdır". Bunu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl Albaniyanın "Kukesi" komandasının baş məşqçisi Armando Kunqu mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis bildirib ki, komandasının qələbə qazanmaq üçün potensialı var: "Hər şeydən əvvəl mən futbolçulara və futbolun təməli olan qələbə ruhuna inanıram. Rəqibi tanıyıram. "Qarabağ"ın özünəməxsus oyun üslubu var".

Kapitan Yuli Şameti isə layiqincə mübarizə aparacaqlarını açıqlayıb: "Nəyə görə də növbəti mərhələyə can atmayaq?! Bura gəlmişiksə, deməli, keyfiyyətli komandayıq. Amma biz rəqibi tanıyır, oyun keyfiyyətlərini bilirik. Oyun zamanı əlimizə düşən hər fürsətdən yararlanmağa çalışacağıq".

Qeyd edək ki, bu gün Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək "Kukesi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. (Report)