çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Trabzonspor" Azərbaycan yığmasının hücumçusunu "Osmanlıspor"a təklif edib

25.07.2018 11:19 Oxundu 2602

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevi satmağa qərar verib. "Fotospor" xəbər verir ki, komanda "Osmanlıspor"un nigeriyalı futbolçusu Umar Aminunu heyətinə qatmaq üçün 22 yaşlı hücumçudan istifadə edəcək.

Qara dəniz təmsilçisi "Osmanlıspor"a Ramil Şeydayev və 350 min avro təklif edəcək.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Ramil Şeydayev "Trabzonspor"un Sloveniyadakı təlim-məşq toplanışında iştirak edib.