çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”ın Çempionlar Liqası matçı Azərbaycanda göstərilməyə bilər

25.07.2018 14:50 Oxundu 2344


Bu gün “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi ilk görüş Azərbaycan teleməkanında göstərilməyə bilər. Buna səbəb qarşı tərəfin Azərbaycan telekanallarından 10 min avro istəməsidir.

Lakin Azərbaycanın iki idman telekanalı – “İdman Azərbaycan” və “CBC Sport” bu pulu ödəmək iqtidarında deyil.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.(Oxu.az)