çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Premyer Liqada yeni mövsümün püşkü atıldı

27.07.2018 13:20 Oxundu 3270

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümü üçün püşkü atılıb. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun baş direktoru Məlik Həsənov və klub nümayəndələri iştirak ediblər.

Püşkə əsasən, ilk turun proqramı aşağıdakı kimi olacaq:

4. “Keşlə”- 8. “Sabah”

5. “Qarabağ” – 3. “Zirə”

6. “Qəbələ” – 2. “Səbail”

7. “Sumqayıt” – 1. “Neftçi”

Qeyd edək ki, I turun oyunları 11 – 12 avqustda keçiriləcək. Klubların seçdikləri nömrələrə uyğun olaraq, mövsümün bütün turlarının tərkibi bilinəcək.(Report)