çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

Ronaldo İspaniya vergi orqanlarına 19 milyon avro ödəyəcək

27.07.2018 14:01 Oxundu 2713

İspaniya vergi orqanları İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldonu cərimələyib.

Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu pul cəzasını ödəməyi qəbul etdiyi üçün həbs olunmayacaq.

Portuqaliyalı futbolçu faiz və məhkəmə xərcləri ilə birgə İspaniya xəzinəsinə 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kriştiano Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb.

2009-cu ildən "Real Madrid"də çıxış edən Ronaldunun iyulun 10-da "Yuventus"a transferi açıqlanıb.