çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" Emeqaranı neçəyə alıb?

27.07.2018 14:43 Oxundu 3097

"Qarabağ"ın yeni transferi İnnosent Emeqaranın Ağdam klubunda qazanacağı məbləğ müəyyənləşib.

Nigeriya əsilli isveçrəli hücumçunun keçidi "Qarabağ"a 800 min avroya başa gəlib. 29 yaşlı forvard ağdamlılarla 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, Emeqaranın "Qarabağ"a ikinci gəlişidir. Təcrübəli futbolçu 2014-2015 mövsümündə də Ağdam klubunun formasını geyinib və 8 oyunda 5 qol vurub. (qol.az)