çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin futbolçusu ilə bağlı yeni qərar

27.07.2018 15:32 Oxundu 2152

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Samet Aybaba 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü barədə yeni qərar qəbul edib. "TRT Spor" xəbər verir ki, o, rəhbərlikdən 20 yaşlı yarımmüdafiəçinin yenidən icarəyə verilməsini istəyib.

Qeyd edək ki, Ozan Can Kökçü "Bursaspor"un yeni mövsüm üçün təşkil olunan təlim-məşq toplanışında iştirak edib. O, 2017-2018 mövsümünün ikinci yarısında icarə əsasında Hollandiyanın "RKC Waalwijk" klubunda çıxş edib. (Report)