çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" - "Kukesi" oyununa - hakim təyinatları

28.07.2018 13:00 Oxundu 1879

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri məlum olub.
AFFA-nın saytının yaydığı xəbərə görə, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Peter Kralovic olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Weiss yardım edəcək. Patrik Hrcka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq.