çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Zirə" Türkiyə klubunu məğlub edib

28.07.2018 13:48 Oxundu 2748

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Zirə" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda yerli "Osmanlıspor"la üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama matçında Qətərin "Əl-Xaritiyah" klubu ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşündə isə "Giresunspor"la qolsuz bərabərə qalıb.(Report)