cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldu “Instagram”da hər paylaşımına görə 640 min avro qazanır

28.07.2018 17:31 Oxundu 2416

İtaliyanın “Yuventus” komandasının futbolçusu Kriştianu Ronaldu “Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.

“Hopper HQ” servis xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.

İlk “10-luq”dan Fransa təmsilçisi PSJ-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və İspaniyanın “Barselona” komandasının argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).

Qeyd edək ki, bir müddət əvvəl “Real Madrid”dən “Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldunun “Instagram”da 137 milyon izləyicisi var.(Report)