Cümə, 17 avgust 2018

Menu

Cümə, 17 avgust 2018

DÜNYA FUTBOLU

“Real”dan Hazard üçün tələb edilən fantastik məbləğ

29.07.2018 16:13

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real”ın heyətinə qatmaq istədiyi əsas futbolçu Eden Hazarddı.

Uzun müddətdi “Kral Klubu” belçikalı ulduzun transferi üçün “Çelsi” ilə danışıqları davam etdirir.

“Real” Hazard üçün İngiltərə klubuna 190 milyon avro təklif edib. Futbolçu özü də Madrid klubunda çıxış etmək istəyir. O, bu istəyini dünya çempionatından dönərkən verdiyi açıqlamasında da təsdiqləmişdi:

“Çelsi”də keçən gözəl 6 mövsümdən sonra bəlkə də yeni şeylər kəşf etməyin vaxtı çatıb. Komandada qalıb-qalmayacağımla bağlı qərarımı verəcəm. Təbii ki, son söz “Çelsi”nindi. Əgər getməyimi istəsələr, seçəcəyim klub bəllidi”.

Bu arada “Çelsi”nin sabiq futbolçusu Brian Laudrup da Hazardın “Real”a transfer olunacağını deyib: “Hazardla danışdım. “Real”a transfer olunmağa hazırlaşır”.

Bu arada “Çelsi”nin belçikalı ulduz üçün tələb etdiyi məbləğ aıqlanıb.

London klubu “Real”dan rekord məbləğ – 220 milyon funt-sterlinq (225 milyon avro) tələb edir.

Bu transfer baş tutsa, futbol tarixinin transfer rekordu qırılacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı ulduz ötən yay “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.

Qeyd edək ki, Hazardın “Çelsi” ilə 2020-ci ilin yayınadək müqaviləsi var. (Fanat.az)

Oxundu: 223

© 2018 - NSPSOLUTIONS