çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası I Divizionunda iştirakdan imtina edib

04.08.2018 12:46 Oxundu 2446

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası Azərbaycan I Divizionunda iştirakdan imtina edib.

Bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, imtina qərarı bir neçə səbəblə əlaqədardır: "İlk növbədə, əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının Divizionla birləşdirilməsinə qərar verdi. Bizim vəziyyətimizdə 2-3 dəfə çox. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma Divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".

Qeyd edək ki, 2018-2019 mövsümündə Azərbaycan I Divizionunda Premyer Liqa klubları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub. (Report)