cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

KİV: "Real Madrid" İngiltərə millisinin hücumçusu üçün rekord məbləğ ödəməyə hazırlaşır

06.08.2018 10:38 Oxundu 2324

İspaniyanın “Real Madrid” klubu İngiltərə millisinin futbolçusu Harri Keyn üçün “Tottenhem”ə rekord məbləğ təklif etməyə hazırlaşır.

Madrid təmsilçisi 25 yaşlı forvarda 250 milyon avro ödəməyə hazırdır. Futbolçunun illik əmək haqqı isə 30 milyon avro təşkil edəcək.

Qeyd edək ki, ötən yay Fransanın PSJ klubu Braziliya yığmasının hücumçusu Neymarı İspaniya “Barselona”sından 222 milyon avroya transfer etməklə rekord müəyyənləşdirib. Report