çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

Dünya çempionu qəzada öldü

08.08.2018 15:21 Oxundu 2508

Sədlərlə 400 metr məsafəyə qaçış üzrə sabiq dünya çempionu keniyalı Nikolas Bett həlak olub.

Bu barədə Keniya Atletika Federasiyası məlumat yayıb. 28 yaşlı atlet Nandi şəhərində avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Nikolas Bett 2015-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş dünya çempionatında 47.79 saniyə göstərici ilə qalib olub.