çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" klubu Rusiya millisinin hücumçusunu heyətinə qatmaq istəyir

11.08.2018 09:35 Oxundu 2294

Türkiyənin "Qalatasaray" klubu Rusiya milli komandasının və "Zenit"in futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir.

Klub 30 yaşlı hücumçunun agentini danışıqlar aparmaq üçün İstanbula dəvət edib.

Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.