çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

İlk turda sensasiya olmadı

13.08.2018 14:20 Oxundu 2418

Bu mövsüm heyətini xeyli gücləndirən "Neftçi", gözlənildiyi kimi, "Sumqayıt"ı üstələyib (2:0). “Qəbələ” isə öz meydanında “Səbail”i 3 cavabsız qolla məğlub edib. Bəlkə də bu hesabı gözlənilməz hesab etmək olar, amma bu, sensasiya deyil. Bu nəticə “Qəbələ”nin Azərbaycan çempionatlarında 28-ci böyükhesablı qələbəsi olub. “Qırmızı-qaralar” sonuncu dəfə belə uğura 106 gün əvvəl – aprelin 28-də “Kəpəz”i 3:0 hesabı ilə üstələməklə imza atmışdı.
“Səbail” isə Premyer Liqada 2-ci, səfərdə ilk dəfə ağır məğlubiyyət alıb. Bakılılar yalnız 301 gün öncə - ötən il oktyabrın 15-də, evdə keçirdiyi matçda “Neftçi”yə 0:4 hesabı ilə uduzmuşdu.

Yenidən qurulan "Sabah"ın "Keşlə" üzərində qazandığı minimal hesablı qələbəni də (1:0) sensasiya sırasına daxil etmək düzgün olmaz. Belə ki, "Sabah" Premyer-Liqanın debutatantı olsa da dünən keçirilən "Keşlə"-"Sabah" oyununda heyətlər yüksək dəstədə uzun illər çıxış etmiş futbolçulardan qurulmuşdu.

"Sumqayıt" - Neftçi" 0:2

"Qəbələ" - "Səbail" 3:0

"Keşlə" - "Sabah" 0:1