çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Vurğun Hüseynov cəzalandırılan ilk futbolçu oldu

14.08.2018 14:57 Oxundu 3485

Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Sumqayıt” komandasının futbolçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün çempionatın növbəti turunu buraxmalı olacaq. Bu intizamsızlığa görə "Sumqayıt" komandası 200 manat cərimə olunub. Bu qərar AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Beləliklə, Vurğun Hüseynov cari çempionatda cəzalandırılan ilk futbolçu olub.