çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

Ramil Şeydayevin yeni komandası açıqlanıb

16.08.2018 14:16 Oxundu 2615

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlamağı planlaşdırır.

Bu barədə Samara təmsilçisinin rəsmi Twitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.

Qeyd edək ki, Ramil Şeydayev avqustun 9-da Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Krılya Sovetov" isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.