çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

"Atletiko" mövsümə Superkubokla başladı

16.08.2018 15:48 Oxundu 2160

Əvvəllər "Real" "Atletiko" üçün arzuolunmaz rəqib idi və hətta heyətində problemlər olsa da həlledici oyunlarda üstünlük qazanmaqda çətinlik çəkmirdi. Amma UEFA Superkuboku uğrunda oyunda daş qayaya rast gəldi. Oyunun başlamasından heç bir dəqiqə keçməmiş Keylor Navas topu tordan çıxarmalı oldu. Dieqo Kosta fərqləndi. "Real" özünə gəlmək və təşəbbüsü ələ almaq üçün xeyli vaxt sərf etdi və nəhayət 27-ci dəqiqədə Benzema müvazinəti bərpa edə bildi. Bundan sonra "Real" "Atletiko"nu onun öz silahı ilə vurmaq qərarına gəldi. Belə ki, Lopedeqinin yetirmələri topa nəzarəti rəqibə verib əks-hücumlara bel bağlamağa başladılar. Bu taktika ikinci hissədə özünü doğrultdu. Əks-hücumları birində Xuanfran küncdən vurulan topu cərimə meydançasında əli dəf etdi. Hakimin təyin etdiyi penaltini Ramos dəqiq yerinə yetirdi: 2-1. Bunadan sonra da "Real" oyun üsulunu dəyişmədi. Topa nəzarət edən "Atletiko" tədricən təzyiqi də artırdı. Nəhayət, 79-cu dəqiqədə Kosta özünün və komandasının ikinci qolunu vura bildi. 2:2 hesabı əsas vaxtın sonuna qədər dəyişmədi. Əlavə vaxtda isə Saul və Kokenin qolları ilə "Atletiko" 4:2 hesabı ilə qalib gələrək fəxri trofeyi öz muzeyinə götürdü.