cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi "Şerif" oldu

17.08.2018 12:57 Oxundu 2791

"Qarabağ" BATE-yə məğlub olduqdan sonra Avropa Liqası xəttində mübarizəni davam etdirəcək. Avriliqanın təsnifat mərhələsinin dünən keçirilən son oyununda komandamızın rəqibi bəlli olub. Moldovanın Tiraspol şəhərini təmsil edən "Şerif" komandası İslandiyada yerli "Valyur" komandasına 1:2 hesabı ilə məğlub olsa da növbəti mərhələyə vəsiqə qazanıb. Xatırladaq ki, "Şerif" ev oyununda 1:0 hesabı ilə qələbə qazanmışdı. Püşkə görə, "Qarabağ" pley-ofda məhz bu cütlüyün qalibi ilə görüşməlidir.

"Qarabağ - "Şerif" cütlüyünün ilk qarşılaşması avqustun 23-də səfərdə, cavab matçı isə 30 avqust tarixində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.