cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo ilk matçında rəqibin burnunu sındırıb

19.08.2018 12:38 Oxundu 1897

“Kyevo” - “Yuventus” matçında debüt edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo rəqibin qapıçısı Stefano Sorrentino ilə toqquşaraq ona xəsarət yetirib.

Cempion.az-ın xəbərinə görə, 39 yaşlı qapıçı S.Sorrentino oyuna davam edə bilməyib və əvəzlənib.

Zədə nəticəsində qapıçıya burun sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, matç "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.