cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Toni Adams: "Azərbaycanda inəyin bütün hissələrini doğrayıb 24 saat bişirirlər"

19.08.2018 18:40 Oxundu 2792

"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams yemək-içməyə olan marağından danışıb.

Cempion.az goal.az-a istinadən xəbər verir ki, İngiltərə "Arsenal"ının əfsanəvi kapitanı "Guardian"a müsahibəsində 1980-ci illərdə oyunlardan sonra avtobusda bunun üstündə bəhsə girdiklərini xatırladıb.

O hətta içkili halda oynadığı halda, matçın ən yaxşı futbolçusu sayıldığını vurğulayıb: "Mən bunun səbəbini anlamaq üçün psixoterapevtə getdim. O mənə alkoqoldan qurtulmaq üçün 20 tapşırıq verdi.

Lakin mən bunlardan imtina etdim. Bir dəfə isə o qədər pivə içdim ki, barın sahibləri əlimdən təngə gəldilər".

Adams Azərbaycanda və digər ölkələrdə çalışdığı vaxt yerli mətbəxlərdən daddığını da xatırladıb: "Azərbaycanda belə bir yemək var: İnəyin bütün hissələrini doğrayıb qazana atırlar və 24 saat bişirirlər. İspaniyada olduğum vaxt isə pivənin yanında bütün çərəzləri pulsuz verirdilər".

Hazırda işsiz olan sabiq futbolçu və baş məşqçi ən sevimli içkilərindən biri kimi çaxırın adını çəkib: "Adətən, mən bir, iki, üç, hətta dörd butulka şərab içirdim".

Qeyd edək ki, Toni Adams 2010-cu ilin mayından 2011-ci ilin dekabrınadək baş məşqçi kimi çalışıb. O, 2012-ci ilin oktyabrında "qırmızı-qaralar"a idman direktoru kimi qayıdıb.