cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Azərbaycanlı hakim Ermənistan millisinin iki oyununu idarə edəcək

20.08.2018 16:48 Oxundu 2414

Azərbaycanlı FIFA referisi Yusif Nurullayevin Ermənistan millisinin oyununu idarə edəcəyi dəqiqləşib.

Cempion.az oxu.az-a istinadən xəbər verir ki, sabahdan avqustun 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçiriləcək.

Yusif Nurullayev də hakim kimi C qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmalarının oyunları idarə edəcək. Referimiz sabah Moldova - Ermənistan, avqustun 22-də isə Ermənistan - Belarus matçında iş başında olacaq.