cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Mançester Yunayted”in Bakıdakı məktəbi bağlandı

28.08.2018 16:06 Oxundu 3136

İngiltərənin “Mançester Yunayted” klubunun Bakıda fəaliyyət göstərən məktəbi bağlanıb. Buna səbəb AFFA, “Bakcell” və həmin klub arasında bağlanmış əməkdaşlıq müqaviləsinin müddətinin başa çatmasıdır.

Qeyd edək ki, həmin futbol məktəbi 2014-cü ildən Bakıda fəaliyyət göstərirdi. Məşqlər Bayıl Arenada keçirilirdi. Adətən, hər mövsümün sonunda məktəbdə fəaliyyət göstərən beş ən yaxşı azyaşlı futbolçu Mançesterə aparılır, həmin klubun düşərgəsində olmaq imkanı yaradılırdı.(Oxu.az)