cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Yuventus” “Real”ın daha bir futbolçusunu almaq istəyir

29.08.2018 10:41 Oxundu 2944

İtaliyanın “Yuventus” komandası gələn ilin yayında Madrid “Real”ının müdafiəçisi Marselonu da almağı planlaşdırır.

Əslində, bu transfer bu yay baş tuta bilərdi.

Lakin Turin klubu maliyyə feyr-pleyini pozub UEFA-nın sanksiyası ilə üzləşmək istəməyib.

Əgər bu transfer baş tutsa, İtaliya təmsilçisi 50 milyon avrosundan keçməli olacaq. 30 yaşlı braziliyalı oyunçunun İspaniya klubu ilə müqaviləsi isə 2022-ci ilədəkdir.

Qeyd edək ki, daha əvvəl Marselonun “Real”dan “Yuventus”a keçmiş Kriştianu Ronaldunun komandada olmamasından şikayətləndiyi bildirilirdi. (Oxu.az)