Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

DIGƏR NÖVLƏR

İdmançımız xərçəngdən əziyyət çəkən xanımlara saçlarını bağışladı - FOTO

29.08.2018 15:05

Aerobika üzrə Azərbaycan yığmasının üzvü maraqlı addım atıb.

Cempion.az xəbər verir ki, Balaxanım Əhmədova saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara bağışlayıb.

Bu barədə “Saçın saçım olsun” adlı layihənin rəhbəri, "Qarabağ" futbol klubunun azarkeşi kimi tanınan Sevinc Məmmədova yazıb.

Onun sözlərinə görə, B. Əhmədova layihə barədə anasından eşidib: “Anam ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisində də xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanını yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm”.

Qeyd edək ki, “Saçın saçım olsun” aksiyasının məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarini itirən şəxslərə təbii saçlardan parik hazırlamaqdır.

Oxundu: 220

© 2018 - NSPSOLUTIONS