cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

ÇL-nin qrup mərhələsinə yüksələn son 3 klubun adı müəyyənləşib

30.08.2018 10:11 Oxundu 2265

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşib.

"Play-off" mərhələsinin cavab görüşlərinin yekununda Hollandiyanın PSV, Portuqaliyanın "Benfika" və Serbiyanın "Srvena Zvezda" klubları bu hüquqa sahib olublar.

PSV "Qarabağ"ı əvvəlki mərhələdə üstələməyi bacarmış Belarus BATE-sini cavab görüşündə də məyus edib. Eyndhoven təmsilçisi Borisovdakı ilk görüşdən 3:2 hesablı qələbə ilə ayrılmışdısa, öz meydanında 3 cavabsız qol vurub.

"Benfika" Yunanıstanda PAOK-la görüşün əvvəllərində hesabda geri düşsə də, tezliklə nəinki bərabərlik qolunu vurub, hətta darmadağına imza atıb - 4:1.

"Srvena Zvezda" isə Avstriyada "Zaltsburq"la matçda 0:2 hesabı ilə məğlub duruma düşməsinə baxmayaraq, geri dönüş etməyi bacarıb - 2:2. Serbiyadakı ilk görüş qolsuz nəticələndiyindən, balkanlılar səfər qolları sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər.

İlk oyun günündə bu vəzifənin öhdəsindən Hollandiyanın "Ayaks", Yunanıstanın AEK və İsveçrə "Yanq Boyz" klubları gələ bilib. Əvəzində Xorvatiya və Ukraynanın "Dinamo", Macarıstanın "Videoton" komandaları ilə yanaşı, Belarusun BATE, Avstriyanın "Zaltsburq" və Yunanıstanın PAOK klubları mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab görüşləri

29 avqust

23:00. "Zaltsburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 2:2

Qollar: Munas Dabbur, 45; 48 (p.) - Əl-Fərdu ben Nebuhan, 65; 66

İlk oyun - 0:0

23:00. PSV (Eyndhoven, Hollandiya) - BATE (Borisov, Belarus) - 3:0

Qollar: Stiven Berqveyn, 14. Luk de Yonq, 36. İrvinq Lozano, 62

İlk oyun - 3:2

23:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 1:4

Qollar: Aleksandar Priyoviç, 13 - Jardel, 20. Eduardo Salvio, 26; 50 (hər 2-si p.). Pitsi, 39

İlk oyun - 1:1.

(Report)