çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanın olimpiya mükafatçısı 4 il müddətinə cəzalandırılıb

30.08.2018 10:52 Oxundu 2836

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.

Bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında dərc olunub.

Bildirilir ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.(Report)