bazar, 23 sentyabr 2018

Menu

bazar, 23 sentyabr 2018

BIZIM FUTBOL

AFFA infrastruktur layihələrindən birini tamamlayıb

30.08.2018 15:03

AFFA "Bakcell Arena"nın futbol meydanında apardığı əsaslı təmir işlərini başa vurub.

Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

2012-ci ildə fəaliyyətə başlamış "Bakcell Arena" 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə maydan başlanılıb.

Bundan başqa Grow 2020 inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. AFFA “Sumqayıt” klubunun ev oyunlarını keçirdiyi Kapital Bank Arenanın süni örtüyünü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində 1 təbii örtüklü yeni məşq meydançası inşa olunur. Həmçinin, “Zirə” komandasının ev oyunlarını keçirdiyi Zirə Olimpiya Kompleksinin Stadionunda süni örtüklü meydanın yerinə təbii örtüklüsü inşa olunur.(Report)

Oxundu: 123

© 2018 - NSPSOLUTIONS