çərşənbə axşamı, 13 noyabr 2018

Menu

çərşənbə axşamı, 13 noyabr 2018

DÜNYA FUTBOLU

UEFA ötən mövsümün ən yaxşısı futbolçusunu seçdi

31.08.2018 10:21

UEFA-nın versiyasına əsasən, “Real” Madridin yarımmüdafiəçisi Luka Modriç 2017/18 mövsümünün ən yaxşı oyunçusu sayılıb. Cempion.az TASS agentliyinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Çempionlar Luqasının qrup mərhələsinin püşkatması çərçivəsində Monakoda keçirilib.

Xorvatiyalı oyunçu ötən mövsüm Çempionlar Liqasının qalibi, UEFA Superkubokunun və İspaniya Superkubokunun sahibi, FIFA klublararası dünya çempionatının qalibi, dünya çempionatının finalçısı və 2018-dünya çempionatının ən yaxşı oyunçusuna verilən mükafatın sahibi olub.

32 yaşlı L. Modriç Çempionlar Liqasında keçirdiyi 11 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib, İspaniya çempionatında 26 oyunda 1 dəfə fərqlənib.

Bu mükafata, həmçinin Kriştianu Ronaldu və Məhəmməd Salah iddia edib.

Oxundu: 184

© 2018 - NSPSOLUTIONS