çərşənbə axşamı, 13 noyabr 2018

Menu

çərşənbə axşamı, 13 noyabr 2018

BIZIM FUTBOL

Mxitaryan və Kadimyan "Qarabağ"la oyuna görə Bakıya gələcəkmi?

01.09.2018 10:30

İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” klublarının oyunçuları Henrix Mxitaryan və Qeqam Kadimyanın UEFA Avropa Liqasında “Qarabağ”la Bakıdakı qarşılaşmalarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Məsələ ilə əlaqədar açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, komandaların “Qarabağ”la oyun üçün iştirak ərizəsindən sonra bu məsələyə qayltmaq olar.

H.Hacıyev qeyd edib ki, bununla bağlı XİN-ə daxil olacaq hər hansı müraciətə baxılacaq.

“Arsenal”ın sözçüsü isə bildirib: “Bizim bütün futbolçularımız və əməkdaşlarımızın təhlükəsizliyi məsələsi həmişə prioritetlər siyahısında yuxarı pillədə dayanır. Biz futbolçu ilə danışdıqdan sonra qərar qəbul edəcəyik”.

"Qarabağ" Bakıda "Arsenal"la oktyabrın 4-də, "Vorskla" ilə 25-də qarşılaşacaq.

Xatırladaq ki, Avropa Liqasının 2015/16 mövsümündə o vaxt Dortmund “Borussiya”sının futbolçusu olan H.Mxitaryan Azərbaycanda “Qəbələ” klubu ilə oyunu buraxmışdı.

Qeyd edək ki, ötən gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə qarşılaşacaq.

Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (Trend)

Oxundu: 360

© 2018 - NSPSOLUTIONS