cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Futbolçu öz qapısına aşkaranə şəkildə qol vurdu - VİDEO

01.09.2018 15:33 Oxundu 3131


Rusiyanın III divizionunun XX turunun “Metallist”-“Titan” oyununda maraqlı hadisə baş verib.

77-ci dəqiqədə Klin klubunun yarımmüdafiəçisi Arşen Saqolov əvvəlcə penalti edib, 13 dəqiqə sonra isə açıq-aşkaranə şəkildə aut atışından sonra öz qapısına qol vurub.

Bu, baş məşqçisinin xoşuna gəlmədiyi üçün 21 yaşlı futbolçu onunla dalaşıb və nəticədə baş hakim tərəfindən qırmızı vərəqə ilə meydandan qovulub. Bu oyundan sonra klub rəhbərliyi Saqolovu klubdan uzaqlaşdırıb. Həmçinin bir ay əvvəl onunla eyni vaxtda komandaya gəlmiş Kuçiyev, Kalayev və Qabarayev də “Titan”dan qovulub.

Məlum olub ki, bukmeykerlər bu oyunun ikinci hissəsinin “üst” (iki qoldan artıq) gəlməsi üçün böyük əmsal qoyublarmış. Saqolovun vurduğu avtoqol isə məhz ikinci hissədə vurulan üçüncü qol olub. Görüş isə meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Moskva əyalətinin futbol federasiyasının sədr müavini Aleksandr Yevstiqneyev hansısa pul atışı haqda əllərində fakt olmadığını, ancaq araşdırmalar getdiyini bildirib. Bu komandanın baş məşqçisi Vadim Şatalin isə bildirib ki, bu futbolçuları onsuz da bir həftə əvvəl klubdan göndərmək istəyirmişlər:

“Onların oyunları bizi qane etmədiyi üçün komandadan göndəriliblər. Pul atışı? Bilirsiniz ki, od olmayan yerdən tüstü çıxmaz. Ancaq deyə bilmərəm ki, konkret bu insanlar matça pul qoyuluşunda işirak ediblər. Futbolçulara pis oynadıqları və mənim tapşırıqlarımı yerinə yetirmədiklərinə görə klubdan göndərildiklərini demişəm...

Həmin oyunçular ümidləri doğrultmadı və çox səhv etdilər. Hələ bir həftə əvvəl onlarla yolları ayırmaq istəyirdik, ancaq uşaqlara özlərinə yeni komanda tapmaları üçün vaxt vermişdik. Hər halda, biz onlarla yollarımızı ayırdıq”. (Oxu.az)

futbolcu